Fevralın 8-də Rusiyanın Mərkəzi Seçki Komissiyası Vətəndaş Platforması Partiyasından Kseniya Sobçakı, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykini prezidentliyə namizədlər kimi qeydə alıb. Bununla da proses yekunlaşıb.
Martın 18-də keçiriləcək prezident seçkisində ümumilikdə 8 nəfər mübarizə aparacaq. Kommunist Partiyasından Pavel Qrudininin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovskinin, dövlət başçısı Vladimir Putinin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburinin, Yüksəliş Partiyasından Boris Titovun, “Yabloko” Partiyasından Qriqori Yavlinskinin namizədlikləri daha əvvəl rəsmiləşib(novator.az).
Rusiya prezidentinin səlahiyyət müddəti 6 ildir. Eyni şəxs iki dəfədən artıq təkrarən prezident seçilə bilməz.
Oxunub: 224