Keçən ay Şəkidəki Topqarağac(Qıslaq) məscidinin dini icması ilə yaranan qalmaqal zamanı həbs olunan dindarlara qarşı yeni ittiham irəli sürülüb. Bu gün onlardan ikisinin – 30 gün həbs cəzası almış Mustafayev Yunus Əhməd oğlu və Lətifov Cabir Sabir oğlunun yeni ittihamlar üzrə məhkəmə prosesi keçirilib. Şəkidən verilən xəbərə görə Şəki rayon məhkəməsində baş tutan prosesdə hər iki dindar 30 günlük həbs cəzasından əlavə, qanunsuz dini ayinlər ve toplantılar təşkil etmək maddəsi ilə 1500 AZN cərimə olunublar.
Məscidin dini icmasının digər üzvləri də eyni maddə ilə ittiham olunaraq, növbə ilə məhkəməyə çağırıldıqlarını bildiriblər.
Xatırladaq ki, 22 yanvarda Şəkinin Topqarağac(Qıslaq) məscidinin dini icması rayon rəhbərliyinin şəhərin mərkəzindəki Xan məscidini muzeyə çevirmək planına etiraz olaraq aksiya keçirmişdi. Aksiya zamanı dindarlardan bir neçə nəfər həbs olunaraq, müxtəlif inzibatı həbs cəzaları almışdı.
azadliq.info
Oxunub: 150