Bu gün Bakı Apellyasiya məhkəməsində AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Qaradağ rayon məhkəməsinin qərarından verilmiş şikayətə Vaqif Mursaqulovun sədrliyi ilə baxılıb. Məhkəmə baxışı fevralın 22-nə təyin olunub. Cinayət məcəlləsinə edilən dəyişiklərlə əlaqədar vəkil Fəxrəddin Mehdiyev Qaradağ rayon məhkəməsinə müraciət etsə də, məhkəmə Elnur Seyidovun umumi cəzası ilə bağlı dəyişiklik etməyib. Fəxrəddin Mehdiyevin səlahətlərinə xitam verildiyi üçün Qaradağ rayon məhkəməsinin qərarından verilən apellyasiya şikayətini digər vəkil Əsabəli Mustafayev davam etdirib.
Xatırladaq ki, Elnur Seyidov 2012-ci ilin martında “Texnikabank” işinə görə həbs edilib. O, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Elnur Seyidovun səhhətində ciddi problemlər var. O, təhlükəli xəstəliklər kateqoriyasına aid edilən dağınıq sklerozdan əziyyət çəkir. “Texnika Bank” işinə görə bütün həbs olunanlar hazırda azadlığa buraxılıb. Elnur Seyidovun hələ də həbsdə saxlanılması hüquq müdafiəçiləri tərəfindən yaxın qohumu Əli Kərimliyə təzyiq vasitəsi kimi qiymətləndirilir.
azadliq.info
Oxunub: 180