Azərbaycanda “Kölgə iqtisadiyyatı”nın payı 2014-cü ildə 42,15%, 2015-ci ildə 43.66% təşkil edib.
Beynəlxalq Valyuta Fondunun (BVF) “Kölgə iqtisadiyyatları: Son 20 ildə nə öyrəndik” adlı hesabatında xəbər verilir ki, 158 ölkə üzrə araşdırma aparılıb.
Azərbaycanda kölgə iqtisadiyyatının minimal həddi 42,15%, maksimal həddi 64,66% qiymətləndirilib.
BVF-yə görə, ölkədə “kölgə iqtisadiyyatı”nın 1991-2015-ci illərdə orta göstəricisi 52,19% olub.
Qeyd edək ki, hesabat dövrünün son ili olan 2015-ci ildə Azərbaycanda ÜDM 54 milyard manat olub. BFV-nin hesablamasından bəlli olur ki, həmin il ölkə iqtisadiyyatından 23 milyard manat oğurlanıb.
Oxunub: 970