Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili Kiyevdəki restoranlardan birində saxlanılıb.
Bu barədə siyasətçinin silahdaşı, Ukrayna Ali Radasının üzvü Yuri Derevyanko bildirib.
Onun sözlərinə görə, M.Saakaşvilini “Suluquni” restoranında xüsusi təyinatlı dəstə saxlayıb.
Artıq M.Saakaşvilinin saxlanılması faktını Ukrayna Daxili İşlər Nazirliyindən də təsdiq ediblər.
Oxunub: 356