Dünən Naftalan şəhərində ov tüfəngi ilə güllələnərək xəstəxanaya yerləşdirilən Zeynalova Günay Gəray qızı xəstəxanada dünyasını dəyişib. Naftalandan azadliq.info-ya verilən məlumata görə Günay Zeynalova hamilə imiş.
Hadisə martın 28-də Naftalan şəhər ərazisindəki sanatoriyada baş verib. Sanatoriyanın işçisi Zeynalova Günay Gəray qızı Naftalan şəhər sakini, 1956-cı il təvəllüdlü Hüseynov Əli Hüseyn oğlu ilə mübahisə edib. Aralarında yaranan mübahisə nəticəsində Əli Hüseynov özü ilə gəzdirdiyi tüfənglə Gülay Zeynalovanı güllələyib. Qadın aldığı xəsarət nəticəsində xəstəxanya yerləşdirilmişdi.
Hadisədən sona Əli Hüseynov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda cinayət işi başlanıb.
azadliq.info
































