Venesuelanın Karabobo ştatında həbsxanada baş vermiş qiyam və yanğın nəticəsində 78 nəfər ölüb.
Ölənlərdən 68-in kişi, 10-un qadın olduğu bildirilir.
Məlumata görə, qadınlar məhkumluq həyatı yaşayan ərlərinə baş çəkdikləri zaman həyatlarını itiriblər. Ümumilikdə həbsxanada 100-dən çox məhbusun cəza çəkdiyi bildirilir. İnsidentin səbəbləri açıqlanmır. Şahidlərin sözlərinə görə, əvvəl atəş səsləri eşidilib, daha sonra isə cəzaçəkmə müəssisəsində yanğın başlayıb.
Oxunub: 24