Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Bakı və Abşeron yarımadasında müşahidə olunan toz-dumanı ilə bağlı operativ iş rejiminə keçib. Hər üç saatdan bir atmosfer havasında müşahidələr aparıldığı bildirilir.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb:
«Monitorinq stansiyalarından alınan məlumata görə, Bakı və Abşeron yarımadasında tozun miqdarının martın 29-u saat 12:00-da bir qədər də artaraq sanitar normadan 25 faiz yuxarı olduğu qeydə alınıb».
Nazirlik xatırladıb ki, saat 09:00 da bu göstərici 20 faiz təşkil edirdi.