Martın 25-də özünü metronun “Koroğlu” stansiyasının yaxınlığındakı körpüdən atan gənc qızla bağlı bəzi təfərrüatlar məlum olub.
25 yaşlı gənc qızın Beyləqan rayonunun 1-ci Aşıqlı kəndinin sakini Asanlı Könül Bəylər qızı olduğu aydınlaşıb. İntiharın səbəbləri tam açıqlanmasa da, ailəni tanıyanların bildirdiyinə görə, Könülün bacısı Bakıda kafe-barda işləyirmiş. Sonra o da iş ümidi ilə rayondan bacısının yanına gəlib. Qız bir müddət burada çalışdıqdan sonra məlum intihar hadisəsi baş verib.
Mətbuatda onun hadisə yerində vəfat etdiyi yazılıb. Amma rayondan xəbər verən şəxsin sözlərinə görə, o hələ də sağdı, koma vəziyyətində xəstəxanaya yerləşdirilib.