Milli Şuranın sədri Cəmil Həsənli B. Britaniya Parlamentinin ofşor hesabları açmaq qərarından sonra Azərbaycan hakimiyyətinin nümayəndələrinin oğurluq pullarının aqibəti haqqında fikirlərini fb səhifəsində bölüşüb:
Dünən Britaniya parlamenti Azərbaycan hakim elitası və Rusliya oliqarxlarının natəmiz əməllrindən ölkəni qorumaq üçün Ofşorlar haqqında qanuna əlavələr edib. Leyborist deputat Marqaret Hodc tərəfindən təklif edilən əlavədə göstərilir ki, Britanıyanın ofşor ərazilərində şirkət açmış və oraya böyük həcmdə vəsaitlər yatırmış gerçək sərmayəçilərin adları ən geci 18 ay müddətində açıqlanmalıdır! Parlament bu düzəlişi dərhal qəbul etmişdir. Azərbaycanı çapıb talamış hakim elita, oğurluq yolla ölkədən büdcə vəsaitlərini çıxarmış vəzifəli şəxslər yas içindədir. Bilirsiniz niyə? İndi artıq Britaniya ərazisindəki ofşor hesablar düşdü nəzarət altına və bunların tutduqları vəzifədən istifadə edərək min bir “zəhmətlə” ölkəni söküb talamaları, büdcə oğurluqları, transmilli korrupsiya şəbəkəsi düşdü parlament qanunun nəzarətini. İndi saxta prezident seçkilərindən sonra BP-nin araçılığı ilə Londona dəvətsiz gedib (hər halda ölkə başçısının Londona qəfil səfəri barədə ictimaiyyətə məlumat verilməmişdi) baş nazirlə görüşən İlham Əliyevi heç May xanım da arxayın edə bilməz. AŞPA hesabatından sonra Azərbaycan rəsmilərinin qarşıdan böyük ifşa erası gəlir. İndi bu hesabları nə başqa birisinin adına keçirmək mümkündür, nə də onları Britaniya ofşorlarından çıxarmaq. İfşa qaçılmazdır. Sensasyalara hazır olun. Yəqin yenə deyəcəklər qanun prezidentin ailə üzvlərinin, vəzifəli şəxslərin uşaqlarının bizneslə məşğul olmasını qadağan etmir. Hətta, biz pulları alnımızın təri ilə “qazanmışıq” iddiasında olanlar da tapılacaq. Amma növbədənkənar seçki məzhəkəsindən sonra Britaniya parlamenti bunları qəfil yaxaladı. Məsələn, Azərbaycandan yalnız iki il ərzində Bakı kənarda bir müəssisənin həyətinə sığınan qaçqın bir sürücünün adı ilə oğurlanan 3 milyard vəsaitin əsl sahibləri üzə çımalıdır, həmin düzəlişin tələbi çərçivəsində bu qədər oğurluq vəsaitin yerləşdirildiyi 4 London ofşor hesabların kimə məxsus olduğu aşkarlanmalıdır. Baş nazirin vədlərinə baxmayaraq Britaniya korrupsiya agentliyi bu şirkətlərlə bağlı araşdırmaları nədənsə “başa çatdırmadı.” Amma müstəqil idarəçilikdən dəm vuran İlham Əliyev çox qəfil formada gedib BP ilə yeni sənədin imzalanmasına şahidlik etdi. Yeni əlavəyə görə Britaniya ofşorlarında köhnə və təzə hesabların sahibləri açıqlanmalıdır. Məsələn, qarşıdakı 18 ay ərzində məlum olacaq ki, ölkənin müdafiə qabiliyyətinə zərbə vurub Müdafiə nazirliyinin büdcə vəsaitlərini əyri yollarla kimin hesabına göndəriblər, o da aydınlaşacaq ki, əsgər və zabitləri etibarlı hərbi ləvazimatla təmin etməli olan Müdafiə sənayesi nazirliyi hansı zərurətdən natəmiz yollarla bu hesablara milyonlar köçürüb və vətənin müdafiə qabiliyyətinə zərbə vurub. Yanğın söndürməyə su tapa bilməyən Fövqəladə hallar və xarici kəşfiyyatın büdcə vəsaitləri gizli hesablara köçürüldüyündən işi ancaq ölkə müxalifətini güdməkdən ibarət olan keçmiş MTN də hakaza. Bəs izi azdırmaq üçün hakimiyyət nə edir? Ölkənin köhnə MTN-dən perikmiş, ölkəni “silib, süpürüb, silkinib” təmizə çıxmış və vərəsəliklə DTX-ya keçmiş bütün agentura şəbəkəsin səfərbər edib Əli Kərimliyə qarşı. Sən demə, hələ digər oğurluqlar bir yana qalsın, Əli Kərimlinin prezident və ali baş komandan olduğu ölkədə Müdafiə, Müdafiə sənayesi, Fövqəladə və MTN əyri yollarla Londonun yeri bəlli, bankı bəlli, göndəriş marşrutu bəlli ofşor hesablarına natəmiz yollarla oğurluq pullar göndərməklə vətənin müdafiə qüdrətini çökdürüb. İndi istər ölkə daxilində və istərsə də onun hüdudlarından kənarda on illərlə MTN-dən aylıq alıb qəzet çıxaranlar, partiya saxlayanlar, prezident aparatının müvafiq şöbələrindən fəaliyyət “azadlığı” umanlar, köhnə və yeni kuratorlarından “dövlətçilik” naminə direktivlər alanlar nə az, nə çox, bəs dağı dağ üstə qoyacaqlarmış, milləti küçələrə tökəcəkıərmiş, amma nə yazıq ki, Əli Kərimli bunların önünü kəsib. Bütün bunlar hamısı əlbəttə ki, London ofşorlarının bərəkətindəndir.