AXCP sәdri Әli Kәrimli görkәmli aktyor Fuad Poladovun vәfatı ilә әlaqәdar başsağlığı verib.
“Xalqımıza ağır itki üz verib. Sevilən sənətkarımız, Azərbaycanın ləyaqətli oğullarından biri olan Fuad Poladov uzun sürən xəstəlikdən sonra vəfat edib. Fuad Poladov çox istedadlı aktyor, öz mövqeyi olan ziyalı idi. Sənətkar ömrünü alçalmadan yaşamağın çox çətin olduğu indiki zamanda Fuad bəy ömrünün sonuna qədər dik duruşunu qoruyub saxladı. Əlbəttə ki, həm sənəti, həm də bütöv şəxsiyyəti Fuad Poladovu xalqımızın qəlbində hər zaman yaşadacaq. Fuad bəyin ölümü çox ağır itkidir. Təsəllimiz yalnız bu ola bilər ki, Fuad bəy həyatının son günlərinə qədər şərəf və ləyaqətini qoruya bildi. İndiki və gələcək nəsillərə nümunə oldu. Bununla da ölümsüz azərbaycanlıların sayını bir nəfər də artırdı. Allah Fuad bəyin doğmalarına, bütövlükdə xalqımıza səbr versin. Allah Fuad Poladova rəhmət eləsin!”
Azadlıq.info