Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 mlrd. 657,2 mln. manat təşkil edib ki, bunun da 4 mlrd. 906,1 manatı xarici valyutadadır. Beləliklə xarici valyutada yerləşdirilmiş əmanətlər 64%-ə çatıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu nisbət martın 1-də 62,1% olub.
BU da öz növbəsində martda əmanətlərin dollarlaşması 2% artıb.
Dövlət başçısı İlham Əliyevin ölkənin iqtisadi vəziyyəti, manatın mövqelərinin möhkəmlənməsi haqqında bəyanatları əhalini aldada bilməyib. Bu bir daha onu göstərir ki, vətəndaşlar hökumətə daha inanmır və buna görə də yarana biləcək problemlərdən sığortalanmaq üçün manata deyil, dollara üstünlük verir.
Azadliq.info