Məlum oldu kimi 19 aprel səhər saat 10 radələrində Xeberman .com saytının sahibi və baş redaktoru Polad Aslanovu əlində hərbi xidmətə yararsızlığı haqqında hərbi bileti olmasına baxmayaraq, qeydiyyatda olduğu ünvana hərbi çağrılış haqqında bildiriş gəlmədən Nərmanov Rayon Hərbi komissarlığı tərəfindən göndərilən adı məlum olmayan biri mülki geyimdə, biri polis libasında iki nəfər şəxs tərəfindən Nərmanov Rayon Hərbi Komisarlığına aparılıb. Nərmanov Rayon Hərbi Komisarlığın rəisi Qəşəm Mahmudov Polad Aslanovla görüşüb və bildirdi ki, əmir yuxarıdan gəlib, sən müxalif yazılar yazmısan, əlimdən heç nə gəlmir, səni göndərməliyik. Beləcə onlar Polad Aslanovu Naxçıvana yola saldılar.
Qeyd edək ki, Polad Aslanov ürək-damar xəstəsidi, çəkisi isə 45 kq-dan aşağıdı.