Dünən Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Doğum Şöbəsində qeysəriyyə əməliyyatı ilə qız övladı dünyaya gətirən 1984-cü il təvəllüdlü Şamaxı şəhər sakini Amirə Əlisahab qızı Binyətovanın halı pisləşdiyindən o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Qadın bu gün reanimasiya şöbəsində dünyasını dəyişib. A. Binyətovanın meyiti Məhkəmə Tibbi Ekspertizasının Şamaxı Rayon Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Şamaxı Rayon Prokurorluğunda cinayət işi açılıb. (report)