Rusiyada dünən ölkə boyu təşkil etdiyi mitinqlər çərçivəsində Moskvadakı aksiyada saxlanlıan müxalifət lideri Aleksey Navalnı sərbəst buraxılıb. Polis onun barəsində iki protokol tərtib edib: “qanunsuz aksiyanın təşkili” və “polisə müqavimət”lə bağlı.
Bu barədə siyasətçinin özü Twitter səhifəsində yazıb: “Yəqin yuxarıdan komanda verilib ki, andiçməyə qədər heç kimi həbs etməyin”.
Məlumatlara görə, dünənki aksiyalar zamanı Rusiya boyu 1000-dən çox insan saxlanıb. Saxlanılanlar sonradan sərbəst buraxılıb.
Navalnı belə saxlanılmışdı: