AXCP sədrinin müavini Fuad Qəhrəmanlı
Yenə də siyasi və mənəvi natamamlıq kompleksi olanlar, ictimai əxlaqın qapı dalında buraxdığı, siyasi rejimlə siyasi sistemin fərqini anlaya bilməyəcək qədər savadsız, ideologiya ilə fərdi həyat tərzini bir birinə qarşdıran, siyasi və ictimai mövzularda intellek səviyyəsi həvəskarlıqdan o tərəfə geçməyənlər, qərəzi aykü dərəcəsindən daha yuxarı olanlar, Qərb kültürü haqında təsəvvürləri geyim tərzindən və barda pivələnməkdən o tərəfə getməyənlər AXCP-nin, Milli Şuranın bostanına daş ataraq, onu bu iqtidarla eyniləşdirməyə çalışırlar.
Anlayın, bizim hüquq anlayışımızın insanlara münasibətdə cinsi, irqi, sosial ayrımçılığı yoxdur. AXCP və Milli Şuranın belə bir hüquq anlayışı ilə qurmaq istədiyi dövlət də məhz, heç kim üçün fərdi həyat tərzi müəyyənləşdirmədən, insan şəxsiyyətinin toxunulmazlığını ali dəyərə çevirərək, ictimai münasibətlərdə hüququn üstünlüyünü təmin edərək, hər kəsin fərdi azdlıqlarını qanunla güvəncə altına alacaq .
Məhz belə bir dövlət ədalətin universallığını təmin edib, liberal demokratik dəyərlərə əsaslanan ictimai münasibətləri bərqərar etməklə, fərdi azadlıqlara təminat verə, hər kəsin dünyagörüşünə uyğun seçdiyi yaşam tərzini şəxsi həyatını toxunulmazlığı prinsipinin güvəncəsi altına ala bilər.
BuOna görə də öz həyat tərzinizə çayxana söhbətləri səviyyəsində yamaqlı ideoloji don biçib, intellektual kasadlığınızı “cool pozlar” arxasında gizlədərək, koskoca təşkilatı özü primitivliyiniz və cahill atmacalarınızla cırmaqlamağa çalışmayın.