
” Prezident Administrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyev bu gün, avqustun 25-də növbəti açıqlama yayıb.
Açıqlama AMEA-nın saytında yayılıb. R.Mehdiyevin vurğulamasına görə, qərəzli uydurmalar səsləndirən şəxslər bilməmiş deyillər ki, sübut olmadan atılan böhtanlar və edilən təhqirlər hüquqi məsuliyyət yaradır. Onun qeyd etməsinə görə, bir gün əvvəl AMEA-nın rəsmi saytında xeyli müddətdir ki, kütləvi informasiya vasitələrində ( KİV) ona qarşı aparılan təhqir və qaralama kampaniyasına münasibət bildirməklə bütün məsələlərin aydınlaşacağına ümid bəsləyib:
Yeni açıqlamaya səbəb…
“Lakin açıqlamanın dərc edilməsindən sonra eyni ittiham və böhtanların daha da eybəcər formada təkrar səsləndirilməsi məni yeni açıqlamanın verilməsi zərurətinə inandırmış oldu”.
AMEA prezidenti yazıb ki, onlar onu “guya Rusiyanın Azərbaycandakı “5-ci kolonunun” rəhbəri olmaqda və Prezident Administrasiyasına rəhbərlik etdiyim dövrdə dövlət başçısının islahatlarına süni əngəllər yaratmaqda günahlandırırlar”.
“Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə…”

“…Belə çıxır ki, bu müddət ərzində “beşinci kolona” ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş…”
O sonra da Prezidentin ötən il oktyabrın 23-də onu “Heydər Əliyev” ordeni ilə təltif edərkən söylədiyi fikirləri xatırladırb:
“Həmin gün dövlət başçısı bütün xalqın önündə mənə idarəçilik sahəsindəki səmərəli fəaliyyətimə və xidmətlərimə görə öz təşəkkürünü bildirdi. Bəyan etdi ki, dövlət maraqları mənim üçün hər zaman hər şeydən daha üstün olmuşdur…” O sonra da yazıb:
“…Belə çıxır ki, bu müddət ərzində “beşinci kolona” ölkənin ən mötəbər vəzifələrindən biri etibar edilmiş, onun liderinə isə dövlətin taleyüklü problemlərilə məşğul olmaq həvalə olunmuşdur. Razılaşın ki, bu fikirlər çox absurd səslənir və onlar ancaq xəstə, iddiaları ilə bacarığı və imkanları tərs mütənasib olan bir təxəyyülün məhsulu ola bilər”
“…məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram”
R.Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən, şəxsin şərəfini, ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda , KİV-lərdə yaymaq azadlıqdan məhrumetmə cəzası ilə nəticələnir:
“ Bu baxımdan bir vətəndaş kimi öz şərəf və ləyaqətimi məhkəmədə qorumaq hüququnu özümdə saxlayıram” AMEA prezidenti cavabında həqiqi müxalifət ifadəsindən də istifadə edib:
“Bu qarayaxma kampaniyası göstərdi ki, həqiqi müxalifətin bir siması olduğu halda, özünü iqtidara loyal göstərən bəzi millət vəkillərinin, keçmiş məmurların, jurnalistlərin lazım gəldikdə bir neçə siması ola bilirmiş.”
Azadlıq radiosu