Bu gün Nəsimi Rayon Məhkəməsində AXCP fəalı Ramid Nağıyevin həbsinin ev dustaqlığı ilə əvəz olunmasına dair vəkil Aqil Layicin vəsatətinə baxılmalı idi. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses Ramid Nağıyevin iştirakı təmin olunmadığı üçün təxirə salınıb. 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsin arayışından bəlli olub ki, Ramid Nağıyevdən iyulun 29-u və 30-u, avqustun 12-də götürülmüş COVİD-19 testinin nəticəsi neqativ çıxıb.
Beləliklə, əvvəlki testlərdən 21 günlük karantin müddəti, sonrakı testdən isə 14 günlük karantin müddəti keçib. Ramid Nağıyevin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılması qanunsuzdur. 18 iyuldan həbs olunan Ramid Nağıyevlə heç bir istintaq hərəkəti aparılmayıb. Yaxınları ilə ünsiyyətinə şərait yaradılmayıb. Bütün bunlar onun yaxınlarında Ramid Nağıyevə işgəncə verilməsi ehtimalını artırır.
azadlıq.info