Sabunçu rayonu, Sabunçu qəsəbəsinin Əzim Əzimzadə küçəsinin sakinləri yaşadıqları ərazinin kanalzasiya və yol probleminə görə etiraz edib.
Ötən ilin dekabrında əraziyə gələn İcra Hakimiyyəti başçısı Adil Vəliyev problemin iki-üç aya həll ediləcəyini söz verib. Amma yay qurtarır hələ də heç bir iş görülməyib. Sakinlərin bildirdiyinə görə payız-qış aylarında, həmin ərazi sanki bataqlığa çevrilir. Sakinlərin iddiasına görə qəsəbəarası yolların təmirinə ayrılan pullar mənimsənilib.