Səbəb haqsızlıqlara etiraz etməsi olub
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli keçən ay karantinə alındığı 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsində (Tubzon) karsa salınıb. Bu gün məlum olub ki, o, 10 gündür karsda imiş və cəzasını bu gün başa vurub. Onun cəzalandırılmasına səbəb Aqil Məhərrəmlinin müalicə müəssisəsindəki özbaşınalıqlara və Qarabağ yürüşündə həbs edilərək ora göndərilən əqidədəşlarına qarşı edilən haqsızlıqlara etiraz etməsi olub.
Xatırladaq ki, 19 iyulda 2 saylı cəzaçəkmə müəssisəsindən koronavirus testi pozitiv çıxan 40 nəfər məhbus 3 saylı İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə (Tubzon) köçürülüb. Köçürülən xəstələr arasında Aqil Məhərrəmli də olub. Bundan sonra isə Qarabağ yürüşündə haqsız yerə həbs edilən daha iki cəbhəçi fəal Məhəmməd İmanlı və Ramid Nağıyev, o cümlədən AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimov həmin müsəssisəyə göndərilib.