
Aclıq etdiyi bildirilən həbsdə olan “Azeltv” saytının rəhbəri Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova onunla görüşmək üçün fevralın 3-də Ədliyyə Nazirliyinin Pentensiar xidmətin müalicə müəssisəsinə gedib.
Sevinc Sadıqovanın verdiyi məlumata görə həyat yoldaşının vəziyyəti ağır olsa da, aclıq aksiyasını 92 ci gündür davam etdirir.
“Vəziyyəti ağır olaraq qalır. Əlil arabasında olduğuna görə ayaqlarını hiss eləmirəm. Əllərində o qədər əsmə var. Əli dəhşət dərəcədə əsir .Qanı çox aşağıdır. Boru vasitəsilə məcburi qidalanma olub. O boru ağrı verir çıxarıb saldıqları zaman. Ona görə də onu çox saxlamayıblar. Həkim deyib ki, bu boru çox qalsa mədənin ağzı açıq qalır və bu onu öldürə bilər. Daha sonra qıf vasitəsilə məcburi qidalandırmaq istəyiblər. Ümumiyyətlə Əfqan istəmir. O etiraz edir. Aclığını davam etdirir. Ancaq vəziyyətinin çox pis olduğuna görə həkimlər müdaxilə edirlər, sistem qoşurlar. Amma vəziyyəti günü gündən geriləyir. O isə deyir ki başqa çıxış yolu yoxdur. Mən sona kimi mübarizə aparacam”, Sevinc Sadıqova deyib.
Jurnalistin həyat yoldaşı növbəti dəfə Ombudsman Aparatına müraciət etdiyini deyib.
“Ombudsmana demişəm deyir diqqətimizdə saxlayırıq. Deyirəm nəyi diqqətdə saxlayırsız ölməyini? İnsan ölür və heç bir aiddiyyatı qurumlar işinə ədalətli baxılmır”, deyə Sevinc Sadıqova vurğulayıb.
Amerikanın səsi