
İyunun 28-də Bakı yaxınlığında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin “Mustafa Kamal Atatürk-2021” adlı birgə döyüş atışlı taktiki təlimi başlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, təlimlər iyunun 30-dək davam edəcək. Təlimlərə 600 nəfərədək şəxsi heyət, 40-dək tank və digər zirehli texnika, 20-dək müxtəlif çaplı artilleriya qurğusu və minaatan, 7 ədəd döyüş və nəqliyyat helikopteri, 3 ədəd müxtəlif təyinatlı pilotsuz uçuş aparatı, 50-dək avtomobil texnikası cəlb ediləcək.
Təlimlərdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordu bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.
Contact.az