Moskva yaxınlığında güclü yanğın başlayıb

  • By Günel
  • 31 Avqust 2025 12:44

Moskvaətrafı Balaşıxa şəhərindəki anbar kompleksində güclü yanğın baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yanğının sahəsi 4 min kvadratmetrdir. Yanğının söndürülməsi ərazidəki güclü tüstü və anbardakı material səbəbindən çətinləşir.

İlkin məlumatlara görə, hadisə nəticəsində xəsarət alan yoxdur. Yanğının söndürülməsinə 80-dən çox şəxs və 30 yanğınsöndürmə texnikası cəlb olunub.

Gununsesi.info