Mehdiyev Rusiyadakı ən böyük mağazalarını itirdi

  • By Günel
  • 31 Avqust 2025 13:39

Rusiyanın Şeremetyevo hava limanında ən böyük rüsumsuz mağazalar operatoru sahibini dəyişib.

Gununsesi.info Bakupost.az-a istinadla yerli mediaya istinadla bildirir ki, azərbaycanlı sahibkar Araz Mehdiyev biznesi tərk edib və avqustun 25-dən Vitali Bavin mağazaların yeni sahibi olub.

Mehdiyev əvvəllər “Kyiv Ploshad” qrupu ilə əməkdaşlıq edib və 2024-cü ildə Almaniyanın “Gebr. Heinemann” şirkətindən Domodedovo və Şeremetyevoda rüsumsuz şirkətlərin səhmlərini alıb. İndi bu biznes tamamilə Bavinin nəzarətinə keçib.

Gununsesi.info