Hakimiyyətin AXCP-yə qarşı təzyiqləri davam edir
Bu dəfə AXCP Rəyasət Heyətinin üzvü, tanınmış iqtisadçı Vahid Məhərrəmov hədəfdədir. Onun haqqında guya kimisə təhqir və təhdid etməsi ilə bağlı akt tərtib olunub. Artıq Vahid Məhərrəmov Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə çağrılıb. Bu haqda tanınmış iqtisadçı azadlıq info-ya bunları deyib:
“Guya mən Əli kişini (ekspertin yaşadığı binada komendant vəzifəsində çalışır) və digər adamları təhqir etmişəm, hakimiyyətə gələcəyim halda, onları öldürəcəyimlə hədələmişəm, prezidentin ünvanına nəsə demişəm. Həmin akta 8 nəfərə imza atdırıblarb. Amma belə bir hadisə baş verməyib. Mən deyilən şəxslərin kim olduğunu bilmirəm. Güman edirəm ki, bu növbəti bir təxribatdır”.
Oxunub: 848