Keçmiş diplomat Arif Məmmədov və ləğv olunmuş TQDK-nın mətbuat katibi Elnur Nağızadənin axtarış dosyesi Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) saytında yerləşdirilib.
Axtarış dosyesində 1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə – külli miqdarda törədildikdə), 1981-ci il təvəllüdlü Nağızadə Elnur Qəhrəman oğlu barəsində isə Cinayət Məcəlləsinin 178.3.2-ci 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə axtarış elan edildiyi qeyd olunub.
Xatırladaq ki, Arif Məmmədov Avropadakı azərbaycanlı siyasi mühacirlərin yaratdığı AND hərəkatının həmsədridir və hərəkatın digər həmsədri Qənimət Zahiddir.
Oxunub: 718