Avropa Şurası Parlament Assambleyasında Rusiyameylli qrup yaradılıb. Bu barədə Facebook səhifəsində ukraynalı deputat, Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko yazıb.
“AŞPA-da Rusiyameylli qrup yaradılıb. Prezident – İtaliyadan olan Adele Qambaro, katib Fransa parlamentinin artıq keçmiş deputatı olan Tyeri Maryanidir. Bu, nümayəndə heyətini işğal edilmiş Krıma aparan Maryanidir”, – deyə Qonçarenko yazıb.
Bir qədər əvvəl o bildirib ki, AŞPA-da Pedro Aqramuntun iflasından sonar Kreml qurumun dağıdılmasının alternative ssenarisini işə salıb. Onun sözlərinə görə, Rusiya AŞPA-da yeni “siyasi” qrup yaratmağa çalışır.
“Assambleyanın reqlamentinə görə, azı 6 ölkədən olan 20 nümayəndə öz qruplarını yarada bilər. Məlumata görə, qrupa Türkiyə, Azərbaycan, Macarıstan, Monako, İtaliya və İspaniyadan deputatları toplayırlar. Aydın məsələdir ki, Pedro Aqramunt da orda olacaq”, – deyə ukraynalı deputat qeyd edib.
Fizzə
Oxunub: 138