“Bakı Dəniz Balıq Limanı” ASC 2016-cı ilin yekun hesabatını açıqlayıb. Fins.az xəbər verir ki, şirkət ili 105 min 820 manat zərərlə başa vurub. Bu ötən ilkindən 4 dəfə azdır.
Şirkətin kapital qoyuluçu təxminən 10 min manat artaraq 39 min 741 manata çatdırılıb. Ehtiyatları isə 12 min 658 manatdan 162 min 487 manata qalxıb.
Bununla yanaşı “Bakı Dəniz Balıq Limanı” ASC-nin qısamüddətli debitor borcları təxminən 2 dəfə artıb. Əgər 2015-ci ildə bu göstərici 489 min 953 manat olmuşdusa, ötən bu rəqəm 890 min 282 manatadək artıb.
Şirkətin cəmi aktivləri də artaraq 9 milyon 224 min 554 manat olub. 2015-ci ildə bu rəqəm 6 milyon 383 min 028 manat olub.
ASC-nin bank kreditləri üzrə öhdəlikləri təxminə 3 dəfə azalıb. 2015-ci ildə bu göstərici 972, 8 min manat olduğu halda 2016-cı ildə 344,6 min manat təşkil edib.
Bundan başqa şirkətin Dövlət Sosial Müdafiə Fonduna 23,9 min manat borcu qalıb. Şirkətin cəmi xərcləri 3 milyon manatdan çox olub.
Oxunub: 252