Bu gün Bakı Apellyasiya Məhkəməsində“Kanal13” internet televiziyasının Bakı ofisinin rəhbəri, jurnalist Əziz Orucovun barəsində seçilmiş həbsin ev dustaqlığı və ya girovla əvəz edilməsinə dair vəsatətin təmin edilməməsinə dair Nəsimi rayon məhkəməsinin 15 iyun 2017-ci il tarixli qərarından verilən apellyasiya şikayətinə baxılıb.
Bu barədə vəkil Cavad Cavadov bildirib: “Gözlənildiyi kimi qərar dəyişdirilmədən saxlanıldı. Daxili hüqüqi müdafiə tədbirləri yekunlaşdığından şikayət yaxın vaxtlarda Avropa məhkəməsinə göndəriləcək.”
Vəkil, həmçinin, Əziz Orucova elan edilmiş ittihamın nə faktiki, nə də hüqüqi tərəfinin mövcud olmadığını, ittihamın qondarma olduğunu qeyd edib.
azadliq.info
Oxunub: 66