Azərbaycanlı tanınmışların iştirak etdiyi “Maşın Şou” verilişindən sonra sənətçilərin hansı avtomobilə sahib olduqlarına dair suallar yaranmağa başladı. Bəzi məşhurlar, xüsusi ilə də müğənnilər bahalı avtomobili bir növ onların şöhrətinin, hətta gücünün göstəricisi kimi qəbul edir.
Xalq artisti Aygün Kazımova – “Chevrolet Camaro”. Təxmini qiyməti 35-45 min ABŞ dolları;
Əməkdar artist Tünzalə Ağayeva – “Volkswagen Touareg”. 49-50 min dollar;
Əməkdar artist Röya Ayxan – “Mercedes Viano”. 67 min-77 min dollar;
Əməkdar artist Cavanşir Məmmədov – “Rolls Royce Phantom”. 500 min-1 milyon dollar;
Sevda Yahyayeva – “Mercedes Viano”. 67 min-77 min dollar;
Elçin Cəfərov – “Mercedes CLS”. 60-74 min dollar;
Əməkdar artist Aybəniz Haşımova – “Nissan Tiida”. 3 min-15 min dollar;
Əməkdar artist Baloğlan Əşrəfov – “Toyoto Land Cruze” . 60-84 min dollar;
Əməkdar artist Ədalət Şükürov – “Lexus ls600 hybrid”. 130-135 min dollar;
Cavan Zeynallı – “Chevrolet Cruze”. 12 min-19 min dollar;
Əməkdar artist Rəşad İlyasov – “Land Rover Discovery”. 37 min-51 min dollar;
Əməkdar artist Elza Seyidcahan – “Grand Cherokee”. 81 min AZN;
Xalq artisti Məleykə Əsədova – “Maserati Quattroporte”. 100-150 min dollar;
Xalq artisti Flora Kərimova – “Nissan” ( modelini bilmir, özü idarə etmir);
Nazənin – son model “Lexus”. 100-130 min dollar;
Xalq artisti Səməd Səmədov – son model “Lexus”. 100-130 min dollar;
Manaf Ağayev – “Lexus” 2012 model. 50 min dollar;
Xalq artisti Bilal Əliyev – “Volkswagen Touareg”. 49-50 min dollar;
Səyyad Əlizadə – “Toyota land cruiser”. 35-50 min dollar;
Əməkdar artist Nüşabə Ələsgərli “Maşınım yoxdur” deyir.
Xalq artistləri Alim Qasımov, Nazpəri Dostəliyeva, Mənsum İbrahimov isə bu barədə məlumat verməkdən imtina ediblər.
(Report)
Oxunub: 682