“Bank Standard”ın Kreditorlar Komitəsi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib. Bu barədə komitənin sədri Əkrəm Həsənov feysbuk səhifəsində məlumat yayıb. Məktubu Ə.Həsənov imzalayıb.
Komitə sədri qeyd edir ki, məktubda bankın müflisləşməsində ona nəzarət etmiş Mərkəzi Bankın və Maliyyə Bazarlarına Nəzarət Palatasının, habelə son 5 ayda onu idarə etmiş müvəqqəti inzibatçının təqsirinin olub-olmamasının yoxlanılması xahiş olunur.
“Təqsir aşkar edilsə, kreditorlar onlara dəyən zərərin əvəzini o cümlədən həmin 3 şəxsdən də tələb edə biləcək. Məktubda həmçinin Rüfət Aslanlının və Elman Rüstəmovun “Bank Standard”ın bağlanmayacağı haqda mətbuatda dərc olunmuş yalan bəyanatlarının, habelə bankın maliyyə vəziyyəti haqda yanlış məlumatların verilməsinin araşdırılması və bank sisteminə etimadı sarsıdan belə məsuliyyətsiz fəaliyyətlərinə son qoyulması üzrə tədbir görülməsi də xahiş olunur”, – deyə Ə.Həsənov bildirib.
Oxunub: 240