İspaniyada Suriya prezidenti Bəşər Əsədin 79 yaşlı əmisi Rifat Əsədin 800 milyon avro dəyərində əmlakı müsadirə olunub. İspan təhqiqatçılarının açıqlamasına görə Əsəd klanı çirkli pullarını İspaniya kurortlarında, o cümlədən Marbldə yumaqla məşğuldur.
2016-cı ildə, Avropa İttifaqı ölkələri qrupunun beynəlxalq istintaqı nəticəsində Rifat Əsədin İspaniyada iki oğlu və arvadlarından biri tərəfindən idarə olunan əmlakı ortaya çıxarılıb. 2017-ci ilin aprel və may aylarında Bəşər Əsədin əmisinə aid evlərdə axtarışlar aparılıb. Hazırda müsadirə olunmuş əmlaka lüks avtomobillər, pul hesabları və və zərgərlik məmulatları daxildir. Axtarışdan sonra 76 şirkətlərə qarşı istintaq hərəkəti başladılıb.
azadliq.info
Oxunub: 636