Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilir ki, İsveçrə, Rusiya və Türkiyə ötən il Azərbaycanın qeyri-neft sektoruna investisiya qoyuluşu həyata keçirmiş əsas xarici investorların üçlüyünə daxil olub.
İsveçrə şirkətləri tərəfindən respublikanın qeyri-neft sektoruna 370,5 mln. dollar (2016-cı il ərzində artım 23,6 dəfə), Rusiya şirkətləri tərəfindən 363,2 mln. dollar (artım 22,8 dəfə), Türkiyə şirkətləri tərəfindən 307,5 mln. dollar (artım 39,5%) məbləğində investisiya qoyulub.
Statistik məlumatlara görə, Azərbaycanın qeyri-neft sektoruna investisiya qoymuş ən iri investorların beşliyinə Böyük Britaniya (174,4 mln. dollar) və Niderland (127,9 mln. dollar) da daxildir.
Bu məlumatda Türkiyənin Azərbaycana 2016-cı ildə 307 milyon dollar sərmayə qoyduğu bildirilir.
Maraqlısı budur ki, 2016-cı ildə Azərbaycan Türkiyəyə bu məbləğdən xeyli artıq-562 milyin dollar məbləğində investisiya yatırıb. Bu isə ölkədən güclü kapital axını olmasına daha bir bariz nümunədir.
Oxunub: 550