Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) işçilərinin uşaqları 18 iyun-2 iyul tarixlərində Almaniyada Yay Düşərgəsi Proqramında iştirak ediblər.
2014-cü ildən etibarən keçirilmiş müsabiqələr əsasında SOCAR əməkdaşlarının övladları hər il Almaniyaya səfər edib, müxtəlif şəhərlərdə bu ölkənin tarixi, mədəniyyəti və görməli yerləri ilə tanış olublar. Bu il də SOCAR əməkdaşlarının övladları arasında müvafiq müsabiqə təşkil edilib və müsabiqədən uğurla keçən 22 şagird 18 iyun-02 iyul tarixlərində Almaniya Yay Düşərgəsi Proqramında iştirak edib. Proqram çərçivəsində şagirdlər Almaniyanın 10 şəhərində olub, onlar üçün Alp dağlarının ətəklərində, Köniqsii gölü boyunca gəzinti keçirilib, Allianz Arena stadionuna, Bavariya Filmştat Mərkəzinə, “Alte Pinakotek” rəsm muzeyinə, məşhur Noyşvanştayn qalasına, Düsseldorf teleqülləsinə, Köln şokolad muzeyinə, Elm və texnologiya muzeyinə, BMW muzeyinə, “UniPer” şirkətinə turlar təşkil olunub”,- məlumatda qeyd olunub.
Oxunub: 418