Məhkəmə özbaşınalığı Qarabağ əlillərinin xəstəxanalıq edib
Bircə yol yolunu məhkəmədən salmaqla, ölkədə məhkəmə-hüquq sisteminin dözülməz durumda olmasınıa şahid olmaq olar. Özbaşınalıq, ”dərəbəylik idarəçiliyi” o həddə çatıb ki, “JEK”-in qərarı Konstitusiyadan üstün tutulur, hansısa qurumun şöbə müdiri qanunu, prezident fərmanını, NK qərarlarını ləğv edir !?(??) Məhkəmələr isə bu özbaşınalığın, dərəbəyliyin qarşısında 3-5 manata elə əyilir, elə oyunbazlıq edir ki, Avropa Oyunları, İslam Oyunları yalan olur…
Hərbi qulluqçu Qarabağ əlillərinin pensiyaları DSMF-ə keçən kimi fondun pensiya və müavinətlər şöbəsi (müdir Elşən Məmmədəliyev) hərbi-inzibati qurumlardan göndərilən pensiyalardan məbləğləri pensiyaçıların xəbəri və razılığı olmadan, məhkəməsiz-filansız tutub. Halbuki “Əmək pensiyaları haqqında” qanunun 39-cu maddəsinə görə, pensiyadan və ona əlavədən məbləğ pensiyaçının razılığı olmadıqda yalnız məhkəmə qaydasında tutula bilər. Həmin qanunun 26-cı maddəsinə görə, əvvəllər təyin edilən pensiyanın ümumi məbləği (bütün artımlar, ləğv edilən güzəştlərin əvəzinə kompensasiyalarla birlikdə) dəyişdirilmədən şərti çevrilməsi aparılır. Belə çıxır, DSMF-in artıq ləğv olunan sözügedən şöbəsi nə qanun tanıyır, nə Prezident Fərmanı, nə də NK qərarı. Bəs məhkəmələrə nə gəlib? Necə olub ki, məhkəmələr də bu şöbənin, DMSF-in hüquqçusu Munir Həsənovun saxta məlumatını Konstitusiyadan üstün tutub? 3 ildir Qarabağ əlilləri pensiya hüquqlarını məhkəmə yolu ilə də təmin edə bilmirlər. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi (1 BİİM) 3 ildir Munir Həsənovun təzyiqilə iddiaları mümkünsüz sayır. Düzdür, yuxarı instansiya bu “mümkünsüz” qərardadları ləğv edir, di gəl, yenə də 1 BİİM-ə qaytarılan işlərə DSMF-in nümayəndəsi baxılmasına yol vermir. Bu şəxsin özbaşınalığı o həddə çatıb ki, əlilləri iclas zamanı təhqir etməkdən belə çəkinmir, özünü hakim kimi apararaq iddiaçı əlillərə danışmağa belə imkan vermir. Elə buna görə də Nəsimi məhkəməsinə Munir Həsənova qarşı xüsusi ittihamlı şikayət ərizəsilə müraciət edən Qarabağ əlilləri məhkəmə… məsləhətçisi Elnur Əzizovun 25 gündən sonrakı cavabını alıblar. Məsləhətçi cinayət işinə hakim rolunda çıxaraq “CPM-ə uyğun gəlmədiyindən geri qaytarıldığını” bildirib ?!(??) Məsləhətçinin hakimlik etməsini bir yana qoyaq, axı, CPM-də belə şikayətin geri qaytarılması nəzərdə tutulmayıb!
1 BİİM-in hakimi Elçin Məmmədov də əlillərə “qayğı”da məsləhətçi həmkarından geri qalmır. Bu hakim əlillərə vəkil ayrılmasından məsləhətçisinin məsləhətilə imtina edib, amma cavabdeh DSMF-ə DİN-dən 3-cü şəxsi vəkil ayırıb. Özü də heç bir iclas keçirmədən, qərardadını vermədən, hətta 3-cü şəxsin etibarnaməsi belə olmadan , marağına toxunmadığı halda hansı əsasla işə cəlb olunub, iştirakı təmin olunub? Etibarnaməsi olmayan Əlirza adlı bu vəkil də 06 iyun 2017-ci il tarixli iclasda bildirib ki, DSMF-in istənilən şöbəsinin , hüquqşünasının DİN-dən, eləcə də digər qurumlardan göndərilən pensiyanı və ona əlavəni ləğv etmək hüququ qanunidir . Belə çıxır, DİN-in vəkili təmsil etdiyi qurumun qanunsuz pensiya təyin etməsini etiraf edir? Özbaşınalıq o həddədir ki, hakim DSMF-in nümayəndəsini də özü təyin edib. Bu iş üzrə son 7 ayda başqa nümayəndə olduğu halda son bir ayda hakim özünün yaxın münasibətdə olduğu Munir Həsənovun nümayəndə edilməsini cavabdehə tapşırıb və onsuz heç bir iclası açıq elan etmir. Belədə məhkəmədən nəsə gözləməyə dəyərmi? Yalnız xəstəxanalıq olmaqdan özgə əlillərin əlindən nə gəlir ki?
Onu da vurğulayaq ki, məhkəmə özü də cavabdehin vəkili rolunda çıxış edir. Əlillər Konstitusiyaya, Qanuna, Prezident Fərmanına, NK qərarına əsaslanır , məhkəmə isə cavabdehin saxta izahatlarını əsas tutur .Özü də belə hakimlik təkcə Elçin Məmmədova xas deyil. Keçmiş sədr Müseyib Bayramov ondan nəinki geri qalır, əksinə, 3 aydır İqtisadiyyat Nazirliyinə və qaz, su xidmətlərinə qarşı xidmətdən inhisarçılıqla məhrum edilməyə görə qaldırılan iddiaya süründürməçiliklə baxmır ki, əlillər iddialarını geri götürsün(??). Bu hakim də vəkil ayırmaqdan qərardadını vermədən imtina edir, müvəqqəti olaraq sayğacın quraşdırılması barədə ərizə üzrə də qərarını 3 aydır vermir. Hakim açıq-aşkar cavabdehlərin qanunsuz ödəniş tələb etməsini qanuni sayır. Fikir verin, hakim əlilə deyir ki, get sayğacın pulunu ödə, sonra qərarla bunu ləğv edim?!(??)
İndi siz deyin, belə məsləhət hakimliyi ilə nəyəsə nail olmaq olar?
M.Ağsu
Oxunub: 164