Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc fəalı Fuad Əhmədlinin barəsində hökmdən apellyasiya şikayəti verilib. Bu barədə Turan-a vəkil Əsabəli Mustafayev bildirib. Müdafiə tərəfi məhkəmədən 4 il azadlıqdan məhrum edilmiş fəala bəraət verilməsini xahiş edir.
*Fuad Əhmədli 2016-cı il avqustun 18-də həbs edilib. İttihama görə o, “Nar” mobil şəbəkəsinin operatoru çalışarkən istifadəçilərin şəxsi məlumatlarını yayıb. Ancaq məhkəmə zamanı bu ittihamlar öz təsdiqini tapmayıb və istintaqın “zərərçəkən” kimi tanıdığı şəxslər müttəhimə qarşı hər hansı irad bildirməyiblər.
“Zərərçəkən”lərdən biri Məhəmməd Quliyev dələduzluq ittihamı ilə axtarışda olub. “Belə adamın ifadəsinin doğruluğu şübhə yaradır”, – vəkil Əsabəli Mustafayev bildirib.
Oxunub: 54