Erməni silahlı bölmələri Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub.
Kənd sakinləri arasında ölən və yaralananlar var. Evlərə ciddi ziyan dəyib.
Müdafiə Nazirliyi Alxanlı kəndinin atəşə tutulmasını təsdiqləyiblər. Nazirlikdən bildirilib ki, düşmən atəşi nəticəsində iki kənd sakini həlak olub, yaralılar var.
Kəndn axşam saatlarında artilleriya qurğularından və digər ağır silahlarından intensiv atəşə tutulması zamanı mərmilərdən biri kənd sakini Salman Quliyevin evinin həyətinə düşüb.
Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, partlayış nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi, 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Onların qohumu, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.
Azadliq.info
Oxunub: 512