7 yaşlı oğlu Röyamini xüsusi amansızlıqla qətlə yetirən Sabirabad rayonunun Ulacalı kənd sakini 27 yaşlı Röyal Məmmədovun məhkəməsi yekunlaşıb. Məhkəmənin qərarına əsasən, o, 19 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə mart ayının 29-da baş vermişdi. Belə ki, uzun illər narkotik istifadəçisi olan R.Məmmədov bu səbəbdən birinci arvadından ayrılıb. R.Məmmədovun ikinci həyat yoldaşından üç uşağı olub. Qətlə yetirilən Röyamin uşaqların birincisidir. R.Məmmədovla həyat yoldaşı arasında tez-tez ailə münaqişələri baş verib. Son münaqişə yaşadıqları evin satılması üstündə yaranıb. Qadın ərinə evi satmayacağını, yaşamaq üçün başqa yerlərinin olmadığını bildirsə də, narkotik maddə almağa görə borcunun olduğunu deyən ər arvadını cəzalandırmaq istəyib. Qadın qaçaraq canını qurtarıb. Arvadının qisasını oğlundan almaq istəyən R.Məmmədov onu sürüyə-sürüyə işlək vəziyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına çəkiclə zərbələr vurmaqla onu amansızlıqla qətlə yetirib.
Azadliq.info
Oxunub: 414