ABŞ Senatı orta mәnzili nüvә silahları razılaşmasının uzun müddәtdir pozulduğu üçün Rusiyaya yeni sanksiyalar tәklif edib. Senata tәqdim edilәn qanun layihәsinin tәqdimatını Respublikaçılar partiyasından Ed Roys edib.
Roys çıxışında bildirib ki, Putin bu il nüvә razılaşması ilә bağlı götürdüyü öhdәliklәri gözardı edib. “Nüvә silahları ilә qadağan olunmuş raketlәrin son zamanlardakı paylanması ABŞ-ın maraqları vә beynәlxalq tәhlükәsizlik üçün ciddi tәhlükәdir vә bu Rusiyanın qlobal sabitliyi pozmasına sadәcә bir nümunәdir” – deyә Roys bildirib.
Qeyd edәk ki, iyunun 15-dә ABŞ Senatı Rusiyaya qarşı sanksiyalarla İrana qarşı olan sanksiyaları bir qanun layihәsindә bir-biri ilә bağlı hala gәtirmişdi. Tәqdim olunan qanun layihәsinә o da daxildir ki, prezidentin vә ya Konqresin razılığı olmasa belә Moskva vә Tehrana qarşı sanksiyaları azaltmaq mümkün olmayacaq. Bu, Ağ evin narazılığına sәbәb olsa da, Senat bu layihәni dәstәklәmәk yönündә sәs verib. Yeni sanksiyaların qüvvәyә minmәsi üçün Nümayәndәlәr Palatasında dәstәklәnmәsi vә prezidentin imzalaması lazımdır.
Azadliq.info
Oxunub: 214