Jurnalist Aynur Elgünəş iyulun 11-də Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində 3 saatdan artıq dindirilib. Jurnalist Azadlıq Radiosuna deyib ki, dindirmə “MeydanTV” internet resursu üzrə açılmış cinayət işi ilə bağlı olub.
“Bu dəfə də (jurnalist əvvəllər də dindirilib) ənənəvi sualları yenidən verdilər. “Meydan TV” ilə bağlı suallar oldu. İstintaq sirri olduğunu dedikləri üçün açıqlaya bilmərəm”, – jurnalist deyib.
Aynur Elgünəş iş üzrə şahid qismində dindirilib. Bununla belə, jurnalist deyib ki, cinayət işinə cəlb edilən bəzi şəxslər onun əleyhinə ifadə veriblər.
“Mənim əleyhimə ifadələr var idi. O ifadələrlə bağlı suallar oldu. Mən də öz cavablarımda həmin ifadələrin yalan olduğunu bildirdim”, – A.Elgünəş deyib.
“Meydan TV”nin cinayət işi həbsdə olan jurnalist Əfqan Muxtarlının işi ilə birləşdirilib.
Oxunub: 596