Qәtәrlә ABŞ terrorla mübarizә vә terrorizmin maliyyәlәşdirilmәsinin әngәllәnmәsi istiqamәtindә momorandum imzalayıb. Bu barədə “Reuters” agentliyi xəbər yayıb.
Xəbəri ABŞ dövlət katibinin kömәkçisi Hammond da tәsdiqlәyib.
Doha ziyarәtindә jurnalistlәrә açıqlama verәn dövlət katibi Reks Tillerson isə bu mövqenin doğru olduğunu bildirib.
Razılaşma Tillersonun Qәtәr әmiri Şeyx Tamim bin Hamad el Tani ilə görüşündәn sonra әldә olunub.
Azadliq.info
Oxunub: 788