Bu gün Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin Vyanada görüşü keçirləcəkdi. Görüş qeyri-rəsmi, yəni bir növ, «qalstuksuz» formatda keçiriləcəkdi. Məmmədyarov Vyanaya yola düşüb və ora yetişəndə bəlli olub ki, Nalbandyan onunla yox, Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrovla görüşmək üçün Vyanaya gəlib. Məmmədyarova isə deyiblər ki, görüş yeri Brüsselə dəyişdirilib. Brüsseldə bu axşam, Bakı vaxtı ilıə saat 21.00-da keçiriləcək görüşə isə Məmmədyarov «qalstuk taxaraq» getməli olacaq. Çünki ona deyiblər ki, Brüssel görüşü rəsmi xarakter daşıyır və ATƏT Minsk Qrupunun həmsədrləri də bu görüşə qatılacaqlar…
Məmmədyarov Vyanadan Brüsselə getmək üçün təcili bilet alıb və ümid edirik ki, təyyarə vaxtında yetişsə, Nalbandyanla görüş baş tutacaq.
Xatırladaq ki, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Turan agentliyinə verdiyi müsahibədə Məmmədyarovun Vyana görüşünə getməsini predmetsiz səfər adlandırmışdı: «Ermənilər elan ediblər ki, Vyana və Sankt-Peterburq danışıqlarının yerinə yetirilməsi məsələsi müzakirə olunacaq. Azərbaycan Prezident Administrasiyasının sədr müavini Novruz Məmmədov isə deyib ki, razılaşma yoxdur. Gündəlik ermənilərin dediyi kimidirsə, – ki, başqa versiya səslənmir, – Məmmədyarovun orada nə işi var»?
Azadliq.info
Oxunub: 704