Prezident Nursultan Nazarbayevin imzaladığı yeni qanuna əsasən terrorçuluqda və daha 13 ağır cinayətdə təqsirləndirilənlər Qazaxıstan vətəndaşlığından məhrum ediləcək.
Bu sırada terror təşkilatının təsis edilməsi və idarə olunması, ölkənin milli maraqlarına zərər vurmaq, separatçı fəaliyyət, ekstremist qrup yaratmaq və idarə etmək kimi cinayətlər də var.
Vətəndaşlıqdan məhrumedilmə barədə qərarı məhkəmə çıxaracaq.
Qeyd edək ki, analoji qanun prezident Vladimir Putinin təşəbbüsü ilə bu il mayın 19-da Rusiyada da qəbul olunub.
Putin bu təşəbbüsü Sankt-Peterburqdakı aprel teraktının Rusiya vətəndaşlığı almış əcnəbi tərəfindən törədildiyi müəyyən edildikdən sonra irəli sürüb.
Gültəkin
Oxunub: 134