Petkim-in əsas səhmdarı SOCAR, Türkiyədə 18 milyard dollar olan investisiya hədəfini 19,5 milyard dollara qaldırıb.
SOCAR-ın Prezidenti Rövnəq Abdullayev Petkim, Petlim, STAR Zavodu və TANAP kimi nəhəng layihələri əhatə edən və bu günə qədər ümumilikdə 18 milyard dollar olaraq açıqlanan investisiyaların artırılaraq 19.5 milyard dollara qaldırıldığını söyləyib.
Abdullayev, “SOCAR Qrupu, 2016-da Türkiyəyə investisiya yatıran ən böyük xarici investorlardan biri oldu. Ötən il Türkiyədəki xarici investisiyalarının 51%-i SOCAR tərəfindən həyata keçirilib” deyib.
Oxunub: 90