Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Brüsseldə görüşəcələr. Bunu Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev görüşün yerli vaxtla saat 19-da başlayacağını deyib.
O, nazirlərin görüşündən “ciddi nəticə” gözləmədiklərini deyib.
“Düzdür, bu görüşdən elə bir ciddi nəticə gözləmirik, sıradan bir görüşdür. Amma bütünlükdə Qarabağ probleminin həlli ilə bağlı danşıqlar prosesinin ciddi və nəticəyönümlü şəkildə aparılması əsas müzakirə mövzusu olacaq”, – XİN sözçüsü bildirib.
Oxunub: 414