İlham Əliyev “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi üçün Maliyyə və İqtisadiyyat nazirlikləri hər il dövlət büdcəsi və Dövlət İnvestisiya Proqramı tərtib edilərkən zəruri vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin.
Göstərilir ki, Dövlət Proqramının icrası nəticəsində 2022-ci ildə xam pambıq istehsalı 500 min ton təşkil etməlidir.
Oxunub: 532