Eldəniz Quliyev
«Kəsin, doğrayın, parçalayın, yeyin…»
Kəsin, tikə-tikə doğrayın, didişdirin,dimdikləyin millətin ətini! Ağladın anasını,od vurub yandırın atasını.Harda mümkünsə, harda imkan varsa-, sıxcalayın, yolun, boğun,hülqumunnan tutub canı çıxanacan silkələyin. Lap belə, son qəpiyi, son tikəsi ,son ümidi də olsa,- qamarrayıb-basmrrayıb-qapazdayıb alın əlindən. Dillənən olmayacaq. Etiraz eləyən olmayacaq! Üzünüzə qayıdan,müqavimət göstərən olmayacaq… Ey ürəyi daşa dönmüş bank işçisi, ey «doydum» deməyən təpəgöz dövlət məmuru, ey fəhləni eşşək kimi işlədib pulunu verməyən danabaş sahibkar, özgədən 5 qəpiyə aldığı malı öz doğma, kasıb camaatına 5 manata sırıyan “biznesmen” adlı nəfs qulları. Ey, insan dərisi soymaqda Nəsiminin qatillərinə “fora” verən, qaçqınların, şəhid ailələrinin qismətini basıb yeyən haramzadə “balta sapları”mız, haydı,- bir az da fəal, bir az da amansız, bir az da sırtıq, bir az da vicdansız olun. Ağladın bu millətin anasını, yandırın bu millətin atasını, iki gözünü bir deşikdən çıxardın, qulaqlarından əriştə asın, dərisini soyub duzlayın!.. Qəssabxanada, sallağxanada yaşamırıqmı, cənablar!!!
Oxunub: 438