İyulun 13-də vəkil Elçin Sadıqov 2 saylı Cəzaçəkmə Müəssisəsində gən fəal Qiyas İbrahimlə görüşüb. Bu barədə Elçin Sadıqov “Facebook” səhifəsində məlumat paylaşıb.
Vəkil məhbusun əhvalının yaxşı olduğunu, dostlara salam söylədiyini qeyd edib.
Vəkilin sözlərinə görə, iyulun 12-də Ombudsman Aparatının nümayəndələri Qiyas İbrahimlə görüşüblər:
“Görüşdən sonra müəssisənin əməkdaşları Qiyas İbrahimə anası ilə telefonla danışmaq hüququndan istifadə etməyə icazə verməyiblər. Ona bildiriblər ki, ancaq hesabına pul qoymalı, həftədə iki dəfə 1 dəqiqəsi 30 qəpikdən danışmalıdır. Amma sabah bir dəfə zəng etməyə icazə veriblər”.
Oxunub: 72