Hədəfləri Şimali Koreyadır, amma bacarmayacaqlar!
Mehman Əliyevin saxlanması çox ciddi hadisədir. Mehman bəy son illərdə dəbdə olan maddələrlə – vergidən yayınmada, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur. Mehman bəy ölkədəki sonuncu azad və nüfuzlu KİV-in – “Turan” informasiya agentliyinin rəhbəridir. Mehman bəy həmçinin ölkənin nüfuzlu ictimai-siyasi xadimlərindən biridir. Milli Şura Koordinasiya Mərkəzinin üzvüdür. Mehman bəy ölkəmizdə də, beynəlxal aləmdə də əqidəli demokrat və dürüst ictimai xadim, mətbuatın ən peşəkar nümayəndələrindən biri kimi tanınır. Mehman Əliyevi həbs etmək hökumətin böyük səhvi olar. Hakimiyyəti bu səhvi etməməyə çağırıram.
Mehman Əliyevin həbsindən sonra nə qədər adam öz-özünə bu sualları verir: Bunudamı etdilər? Nə etmək istəyirlər bunlar? Ölkəni hara aparırlar? Reallıq hissini bu qədərmi itiriblər?
Bəli, əziz həmvətənlər, acı da olsa, qəbul etməliyik. Bunu da etdilər, daha betərini də edərlər. Hədəfləri Şimali Koreya, Türkmənistan modelidir. Qarşılarında müqavimət görməsələr, niyyətləri oradır.
Ancaq adım kimi əminəm, edə bilməyəcəklər! Azərbaycan Şimali Koreya və ya Türkmənistan olmayacaq! Xalqımız zalım oğru və korrupsinerlərin qarşısında diz çökməyəcək! Repressiyaların şiddətlənməsi bumeranq effekti verəcək. Xalqımız dövlətinə sahib çıxıb, onu xilas edəcək!
Oxunub: 944