
Vəkil Cavad Cavadov fb səhifəsində yaydığı məlumatda Qobustan həbsxanasında saxlanılan siyasi məhbuslarla görüşü barədə qeydlərini çatdırıb:
“Qobustanda yerləşən həbsxanada siyasi məhbuslar Taleh Bağırov, Mövsüm Səmədov və Abbas Hüseynovla görüşdüm.
Taleh Bağırov saxlama şəraiti ilə bağlı ictimaiyyətə məlumat vermək istəmədi. Ruhiyyəsi əladır, həmişə gördüyüm Talehdir, möhkəmdir. Milli Şuranın son mitinqindən əvvəl və sonra icazəli etiraz eksiyasında iştirakçılarına görə müxtəlif təbəqədən olan insanların: elm, incəsənət adamlarının, müəllimlərinin, poçt işçilərinin işdən çıxarılmalarına, həmçinin müxalif fikirli insanların, dindarlrın isə buna görə həbs edilərək işgəncələrə məruz qalmasına görə ciddi etirazının çatdırılmasını xahiş etdi.
Abbas Hüseynov görüşdə bildirdi ki, ona verilən işgəncələrlə bağlı Bakı şəhərinin Qaradağ rayon Prokurorluğunun müstəntiqi 21 oktyabrda ondan izahat alıb və o izahatında bir daha ona işgənlərin verildiyini təsdiq edibdir. Bundan sonra o müstəntiqlə gətirilən məhkəmə-tibbi eksperti tərəfindən müayinə olunub. Ekspertə işgəncə verilən vaxtdan üç aydan artıq vaxt keçdiyini və hazırda hər hansı izlərin qalmadığını bildirib. Lakin vaxtında işgəncə izlərini Qirmızı Xaçın nümayəndələri və Ombudsman aparıtının nümayəndəsi görmüşlər. Bundan bir həftə əvvəl Penitensiar Xidmətdən gələn əməkdaş eyni məzmunlu şikayətləri ilə bağlı ondan izahat almışdır. Abbas Hüseynov saxlanma şəraitinin bərbad olduğunu bildirdi. Saxlanıldığı kamerada kiçik hərəkət tavanın alçısının (ştukaturkasının) tökülməsinə səbəb olur. Ayaq yolu kameranın daxilində açıq vəziyyətdə olduğundan və su sutkada fasilələrlə cəmi 2-3 saat verildiyindən daimi üfünət iyi olur. Bundan əlavə ümümiyyətlə kanalizasiya tez-tez tutulur. Döşəmədən böyük böcəklər çıxır, kamerada siçovullar vardır. Həbsxanın müdriyyəti kameranın təmir olunacağına və ya onu başqa kameraya keçiriləcəyinə söz versədə bunu etməmişdir. Abbas Hüseynov həmçinin bildirdi ki, onun abunə olaraq yazıldığı qəzetlər ona verilmir Bununla belə müsbət hal odur ki, bütün həbsxanaya istilik vaxtından əvvəl verilibdir..
Hacı Mövsüm Səmədovun hamıya salamı vardır. Saxlanma şəraitində əsaslı dəyişiklik yoxdur və bir daha həbsxanada ciddi su problemini vurğuladı, suyun gündə üç dəfə hər biri cəmi 50 dəqiqə-bir saat verildiyini, su ehtiyatının yığa bilmədiklərinə görə natəmiz vəziyyətin olduğunu bildirdi.
Doktor SƏmədov Hacı İlham Əliyevin qəfil xəstələnməsini eşidib üzüldüyünü bildirdi. Hacı İlhama Allahdan şəfa diləyib tezliklə ailəsinə, dostlarının yanına dönərək və işlərini davam etməsini arzuladı.”
Oxunub: 134
































